Ermənistan nə «hə», nə də «yox» deyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

«Əgər həmsədrlər Ermənistana yenilənmiş Madrid prinsiplərini qəbul etdirsə, bu, böyük imkanlar açacaq. Biz Ermənistan prezidenti və xarici işlər nazirindən cavab gözləyirik, onlar isə nə «hə», nə də «yox» demirlər».

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 24-də belə deyib.

O bildirib ki, həmsədrlər gərək bu sahədə işi davam etdirsinlər.

E. Məmmədyarov ATƏT-in Minsk qrupundan olan həmsədrlərlə iyun ayının əvvəllərində görüşəcəyini bildirib.