8 kənddən və məcburi köçkün şəhərciyindən əhali köçürülüb

Mayın 24-də Sarısu gölündə bəndin yuyulması nəticəsində daşqın sularının ətrafa yayılması ilə bağlı təhlükəli hesab edilən ərazilərdə - Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Əsgərbəyli, Axtacı kəndlərində, Saatlı rayonunun Novuzlu, Dəllər, Nərimankənd, Musalı kəndlərində və yaxınlıqda yerləşən məcburi köçkün şəhərciyində yaşayan əhali köçürülüb.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.