BAEA Tehrandan rəsmi məktub alıb

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı Türkiyə ilə razılığa gəlməsi ilə əlaqədar Tehrandan rəsmi məktub aldığını təsdiqləyib. Braziliyanın da iştirakı ilə ötən həftə Tehranda əldə olunmuş həmin sazişdə nəzərdə tutulur ki, İranın az zənginləşdirilmiş uran ehtiyatının xeyli hissəsi Türkiyə ərazisində nüvə texnologiyası yanacağı ilə dəyişdirilsin.

Agentlik məktubu öyrənilmək üçün ABŞ, Rusiya və Fransaya göndərəcəyini bildirib. Vaşinqton hələ əvvəldən bəyan edib ki, o, İranın Türkiyə ilə bağladığı sazişə şübhə ilə yanaşır, çünki orada Tehranın uranı zənginləşdirməkdən əl çəkəcəyi göstərilməyib.