Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında millət vəkili Pənah Hüseyn təbii fəlakət zonasında baş verənlərə münasibət bildirərkən deyib.
Efirə fəlakət zonasından qoşulan deputat, Sabirabad şəhərinin təhlükə altında olduğunu bildirib. Seldən əziyyət çəkən rayonların fövqəladə fəlakət zonası elan olunmasının vacibliyini vurğulayan P.Hüseyn deyib ki, parlamentdə oturanlar o qədər xofludurlar ki, hər şeydə bir siyasi səbəb axtarırlar.
Fəzail Ağamalı deyib ki, dəfələrlə Milli Məclisdə Kürün deltasının təmizlənməsi məsələsini qaldırmasına baxmayaraq, elə də ciddi işlər aparılmayıb. P.Hüseynə panika yaratmamağı tövsiyə edən F.Ağamalı bildirib ki, kimin günahı varsa, o cəzalandırılmalıdır.
Fəzail Ağamalı deyib ki, hər il bəndlərin qurulmasına və fəlakətin qarşısını almağa 60-80 milyon manat vəsait ayrılır. Onun sözlərinə görə, bu pulun hara getdiyi araşdırılmalıdır.
HƏMÇİNİN OXU
«MƏMURLAR TƏBİƏTƏ BÖHTAN ATMAQLA MƏŞĞULDURLAR»