Bakı şəhər Baş Polis İdarəsi «Son zəng»lə bağlı xüsusi tədbirlər planı hazırlayıb

31 may tarixində BŞBPİ-in polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq

«Son zəng» günü Bakının bütün orta məktəbləri polisin nəzarətində olacaq.

Bu barədə «APA»ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov məlumat verib.

Artıq bununla əlaqədar BŞBPİ tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən, 31 may tarixində BŞBPİ-in polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək və «Son zəng»lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

Q. Rəhimov «Son zəng» günü paytaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin tam təmin ediləcəyini bəyan edib.