Neft və avro ucuzlaşmaqda davam edir

Dünya bazarında neftin qiyməti düşməkdə davam edir.

Dünən Nyu-York birjasında neftin bir bareli 74 dollar olub.

Ümumilikdə isə mayda qitmətin düşməsi 14 faiz olub ki, bu 2008-ci ilin dekabrından bu yana ən pis aylıq göstəricidir.

Həmçinin avronun məzənnəsi dollara nisbətdə düşməkdə davam edir.

Dünən Nyu-Yorkda 1 avro 1,23 dollara satılıb.

Mütəxəssislər bunun Avro zonasına daxil olan ölkələrdəki borc böhranıyla bağlı olduğunu deyirlər.