Çin Cənubi Koreyaya başsağlığı verib

Çin martın 26-da Cənubi Koreya gəmisinin batması və 46 adamın ölümünə görə Seula başsağlığı verib.

Çinin baş naziri Ven Tsyabo bildirib ki, onun ölkəsi beynəlxalq istintaqın nəticələrini diqqətlə araşdırır.

Mütəxəssislərin gəldiyi nəticəyə görə gəmini Şimali Koreya tərəfdən buraxılmış torpedo batırıb.

Dünən Cənubi Koreyada Çin, Yaponiya və

Cənubi Koreya liderlərinin görüşü olub.

Şimali Koreya bu məsələdə əli olmadığını təkid edir.