Ermənistan müxalifəti etiraz aksiyasına çıxıb

Ermənistan müxalifəti Yerevanda yenidən etiraz aksiyasına çıxıb.

Aksiyaçılar əsasən orduda özbaşınalığa və siyasi məhbuslara qarşı zorakılıqlara son qoyulmasını tələb edib, ölkədə insan haqlarının pozulmasına etiraz bildiriblər.

Aksiyaçılar əsasən keçmiş siyasi məhbuslar və Ermənistan Milli Konqresinin bir qrup gənc üzvləri olub.

Polislə aksiyaçılar arasında qarşıdurma olub.

Aksiyaçılar bu gün axşam oturaq etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Ermənistan Milli Konqresinin nümayəndəsi Tiqran Arakelyan bəyan edib ki, bir neçə gündən sonra onlar bir sutkalıq aksiya keçirəcəklər.

/ANS/