Meksika körfəzində neft sızması 20 faiz arta bilər

Ağ Ev bildirir ki, Meksika körfəzində neft sızması 20 faiz arta bilər. Bu barədə Prezident Obamaya da məlumat verilib.

Prezident BP-nin Meksika körfəzində neft sızmasının qarşısını almaq üçün göstərilən səyləri müzakirə edib.

Ağ Evin sözçüsü Robert Gibbs deyib ki, BP sızmanın qarşısını almaq üçün əsas tədbirlərə ya birinci, ya ikinci gün başlayacaq.

Rəsmilər bildirirlər ki, körfəzə axan neftin qarşısını almaq üçün bütün vasitələr üc qat artırllacaq.