Milli toplantıya hücum olub (video)

Kabildə Ağsaqqallar Şurasının açılışı zamanı yaraqlı hücumunun qarşısı alınıb. Prezident Həmid Kərzayinin çıxışı zamanı ekstremistlərin hücumu dəf edilib. Polis 2 nəfərin öldürüldüyünü, daha birinin həbs olunduğunu bildirib.

NATO sözçüsü bir neçə yaraqlının assambleya keçirilən yerin yaxınlığında güllələndiyini deyib.

Əfqanıstanda bu gün Ağsaqqallar Şurasının toplantısı keçirilir. 1600-ə yaxın adam prezidentin sülhün bərpası və Əfqanıstanın reinteqrasiyasına dair 36 səhifəlik proqramını müzakirə edirlər.

Taliban hərəkatı bir müddət əvvəl konfransda iştirak edənləri ölümlə hədələyib.