«Bakının çirkli olmasında əhalinin müstəsna xidməti var!»
AzadlıqRadiosunun «Can Bakı» proqramının ikinci yarısının qonağı olan «Els» Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova belə düşünür.
İki ildir Bakının küçələrinin təmizliyi ilə bağlı monitorinqlər apardığını deyən xanım Yaqubova nəinki Bakıda, hətta bölgələrdə də ətraf mühitin bərbad halda olmasında sakinlərin günahkar olduğunu söylədi.
VAY ÇAYIN AŞAĞISINDAKILARIN HALINA!
«Gəncədə çayın qırağında nə boyda zibillik gördüm! Deyirəm, bu nədir? Deyirlər ki, su gələcək, bunu yuyub aparacaq. Dedim, vay, çayın aşağısında yaşayanların halına!»
Hələlik şəhərdə addım atmağın mümkün olduğunu deyən İradə Yaqubova, tədbir görülməsə, gələcəkdə nəvə-nəticələrimizin necə şəraitdə yaşayacaqlarının sual altında olduğunu bildirdi.
11-Cİ MƏRTƏBƏDƏ PAKET UÇURDU!
«Son 20 ildə bizim ərzaq bazarımızda dəyişikliklər olub. Əvvəl hədiyyə aparanda, onu kağıza büküb verirdik. İndi qablaşdırırlar. Hamı polietilen paketlərdən istifadə edir. Ərzaqlar plastik qutulara yerləşdirilir. Kimsə fikirləşmir ki, bu qablar hara gedir? Zibilliyə! Həmin polietilen paketlərin göydə süzdüyünün hamımız şahidiyik. Biz həmin məsələni müzakirə edirdik. Bir də gördük, 11-ci mərtəbədə polietilen paket uçur. Quşlar hücum etdilər, amma paketi tuta bilmədilər».
POLİETİLEN İNSANDAN ÇOX YAŞAYIR!
Ağaclardan tutmuş balıqlaracan hər şeyi bürüyən paketlərin bəzi ölkələrdə kanalizasiyanı belə tutduğunu söyləyən İradə Yaqubova onların 150 ilə parçalandığını dedi. «400-500 ilə parçalanan növləri də var».
Bu paketlərlə bağlı sorğu keçirərkən «Sizin üçün polietilen paket nədir?»- sualını qoyduqlarını deyən İradə xanım, onun suyadavamlılığını, rahatlığını, yüngüllüyünü, az yer tutduğunu, asan qablaşdırmasını önə çəkdiklərini qeyd etdi. «Ziyanını soruşanda, hamı ətraf mühiti zibillədiyini, zəhərli olmasını və yandırıldıqda ətrafa zəhərli birləşmələr buraxdığını deyirlər».
.
GƏLİN, ZİBİLİ ÇEŞİDLƏYİB YIĞAQ!
Hindistanda, Türkiyənin Antalya şəhərində bu paketlərə qadağa qoyulduğunu söyləyən qonağımız Çində, Yaponiyada da bu istiqamətdə addımlar atıldığını dedi. Artıq Bakıda da «Təmiz şəhər» kampaniyasının zibilin çeşidli yığılmasıyla bağlı təşəbbüslərə başladığını qeyd etdi. «Bütün dünyada əhali 5 rəngdə paketlər alır və zibili çeşidləyib ayrı-ayrı torbalara yığır. Hərəsinin öz rəngi var».
PAKETLƏR PULLA SATILSIN!
İradə Yaqubova ərzaq alarkən əhaliyə paketlərin məhdudiyyətsiz paylanmasının qadağan edilməsini istədi. «Paketlər bir çox ölkələrdə olduğu kimi pulla satılsın!»
İradə Yaqubova daha nələr təklif etdi?
«Can Bakı»nı dinləyin.