Təyyarələri vulkan külündən necə qoruyacaqlar?

Britaniyanın ucuz sərnişindaşımalarla məşğul olan "Easyjet" şirkəti 160 kilometr uzaqda vulkan külünü müəyyən edən xəbərdarlıq sistemi yaratmağı planlaşdırdığını elan edib. Şirkət bununla yaxınlarda İslandiyada vulkandan çıxan külə görə Avropada hava nəqliyyatının iflic olması kimi hadisələrin təkrarlanmamasına çalışdığını bildirir.

Şirkət bu sistemə lazım olan texnologiya üçün bir milyon funt (1.46 milyon dollar) xərcləyəcəyini deyir. Şirkət sınaqlarını "Airbus"ın təyyarələrində də həyata keçirməyə və yeni avadanlığı bu ilin sonuna qədər özünün təyyarələrində yerləşdirməyə çalışır.