Pakistana qaz ixracı üçün hazırlanan müqavilə yekunlaşır

İran deyir ki, 2015-ci ilə kimi Pakistana qaz ixracı üçün hazırlanan müqavilə bu həftə yekunlaşacaq.

İran Milli Neft Şirkətinin direktor müavini Ayətullah Qanimfrad deyib ki, iki ölkə arasında 7 milyard dollarlıq müqavilə iyunun 8-də hazır ola bilər.

Onun sözlərinə görə, şirkət rəhbərliyi tərəfindən bəyənilən yekun müqavilə Pakistan rəsmiləriylə paylaşdırılacaq və onların zəmanət məktubu əldə olunacaq.

İLNA xəbərlər agentliyi məlumat verir ki, bu qaz kəməri cənub Fars qaz yatağından Pakistanın Bəlucistan və Sind əyalətlərinə qədər uzanacaq.

Bu layihə 1990-cı ildən planlaşdırılır.