Molla Nəsrəddin
2 İyun, 1906. Qiyməti 12 qəpik № 9
Molla Nəsrəddin teleqramları
Bakı: Yaponiyanı İslama dəvət etməyə gedən Cavanşir qazisi cənab Molla Cabbar həzrətləri bu gün surət qatarı ilə buradan keçib Peterburqa rəvanə oldu.
Astraxan: Bu gün cənab qazi həzrətləri dörd kəbin kəsdi.
Buxara: Yaponiyanı rus məzhəbinə dəvət etməyə gedən rus keşişinə yol xərci üçün cənab general-adyutant Əmiri-Buxara həzrətləri 30 min manat ehsan buyurdu.
Dərbənd: Bura müsəlmanları axund və mollaların təşviqi ilə 25 min manat cəm edib böyük bir üsuli-cədidə məktəbi bina edirlər. Lakin burada kamil müəllimlər tapılmadığından İranın Xoy şəhərinin məktəbdarlarını cəlb etməyə qərar veriblər.
Rəşt: Yaponiyada yazılan elanı “Tərcüman”, “Həyat” və “İrşad” qəzetində oxuyub buranın əyan-əşrəf və üləması belə məşvərət elədilər: dörd nəfər falçı, cindar, baxtaçan və tas quran göndərsinlər Yaponiyaya ki, onları tilsim və əfsun gücü ilə İslama dəvət eləsinlər.
İnşallah bu günlərdə yola düşəcəklər.
Atalar Sözü
Xan arıqlayınca rəiyyətin canı çıxar;
Lalın dilini molla bilər;
Malını yaxşı saxla, mollanı oğru tutma;
Mal yeməzin malını molla yeyər;
Mollanın evi o vaxt yıxılar ki, iki yerə birdən qonaq çağırarlar;
Molla halvanı gördü Quran yadından çıxdı;
Mollaya plov de, Marağaya qədər yol de;
Mərdin qapısı bağlı olar;
Müftə plov qeyrətdən şirindir;
Hər oxuyan molla olar;
Müsəlmanın bir dərdi var, heç kəsə deməz, ağlar;
Hər saqqaldan min tük çəksən hamı kosa olar;
Hər zadın təzəsi, amma təlim kitabının köhnəsi;
Varını verən utanar, amma yoxdan alan utanmaz;
Yuxula divar kölgəsində, qoy yesin bitlər səni,
Keçmə hər bir körpüdən, gər qapsa da itlər səni;
Yağlı əlin var sürt öz başına, qoy keçəlin yaxşı olsun;
Yavaş gedən çox gedər, tərpəşməyən dəxi də (daha da) çox;
Yetimə kişmiş verən çox olar, amma çörək verən olmaz
Təkzib
“Cənab Molla Nəsrəddin! Siz “İrşad”, “Həyat” və sair müsəlman mətbuatı daim yazırsız ki, bizim dövlət xidmətində olan ruhanilərimiz aciz və qorxaqdırlar. Bir qaradovoy və ya bir pristav qabağında titrəyirlər.
Mən isə bu barədə yazılanların cümləsini təkzib edirəm və deyirəm ki, bizim bu ruhanilərimiz Durnovo, Vitte və Qoremıkindən dəxi bacarıqlı, cəsur və şücaətlidirlər.
Sübutum budur, necə ki, hamıya məlumdur bu axır vaxtlarda mətbuat filcümlə azad olduğu üçün hər əli qələm tutan bu vüzərayi-möhtərəmlərin adlarını zikr edib dəxi nə qaldı ki, bunlardan ötrü yazmasınlar?
Biçarələri biabır etdilər. Bavücud nə bir nəfəri padsuda vermək bacardılar, nə də o xəyala düşdülər. Amma bizim o siz aciz xəyal etdiyiniz ruhanilərimiz “İrşad” qəzetində bir qədər yazıldığı üçün gördüz ki, nə qiyamət bərpa edirlər və halbuki “İrşad” yaza ümumi bir mətləb idi, şəxsi deyildi. Əlqərəz, aciz və zəif təsəvvür elədiyinizdən biri Tiflisdə bir məcmuədə qəzəblənib buyurdu:
“Mən gərək “İrşadı” padsuda verdirəm”. Hamı yerbəyerdən kürnuş edib ərz elədilər ki, (məkəş qurbanət şəvim, aləm xərab şəvəd). Yəqin farsini başa düşmədin, qoy şərh edim: Bir vaxt ki, dövləti-rus Qafqazı aldı, mərhum Fətəli şah Təbrizdən çəkildi Tehrana.
Bir gün Təxti-Cəmşididə əyləşmişdi, vüzəra həm tamam cəm, ta ki xəbər gəldi ki, Ruslar Təbrizi aldılar. O saət şahənşahi-Aləmpənah əl qəbzeyi-şəmşiri-abdarə edib buyurdu ki, (əlan be mən vacib şod ke, şəmşir kəşəm).
Onda əhli-məclis ərz etdilər ki, məkəş qurbanət şəvəm, aləm xərab mişəvəd.”
Qızdırmalı.
“Molla Nəsrəddin”-ə açıq məktub
Cənab müdiri-möhtərəm! Neçə həftədir məcmuəniz gəlib əlimizə çatmır.
Yəqin ki adresimizi və ünvanımızı bilmirsiniz.
Təvəqqe edirəm bundan sonra xidmət bemeysərəte-ümmətüt-tüccar vəlficcar cəhalət və kəsalətməab qəflət və bətalət-iktisab cənab müinül-imalət vəd-dəstur kərihül-əsr vəd-dühr müqərribüd-dəvvab vəs-situr mədənül-kibr vəlqürur ədibi-qeyri-kamil, danişməni-qeyri-zişüur əkməlül-həşərat və əfzəlül-həcərat, xalicah müzəllifi-həmrah məsiyətpənah, imrədi-dadxah, növrəsideyi-güvah, məzaribi-adabi-təhtani nisab cənabi-məbadüt-tüccar mükəlləf və müəlləf xahəd şüd.
Mütaliə və mülahizə xahəd fərmud, müxlisi-cənabi-şüma əbdül-həqirül-fəqir əqəllünnasi-məxluq.
Mühüm teleqraf
Culfa: Molla Şükürün falaqqası Culfa tamojnasında tutulub Xoyda Molla Şükürə qaytarıldı.
Falaqqa çatan günü molla uşaqları azad edib çörəklərini aldı. Falaqqa oğurlayandan təhqiq elədilər ki, nə səbəbə mollanın falaqqasını oğurladın?
Cavab verdi ki, Rusiya bürokratları mənə çox pul vəd eləmişdilər oğurlayıb aparam, Duma çlenlərini məktəb uşaqları kimi döysünlər, ta bir də dövlət işinə qarışmasınlar.
İdarədən: Həmin xəbər keçən həftə Gəncədən falaqqanın tapılmağı barəsində gələn xəbərə ziddir.
Bu səbəbə Gəncə müxbirimizdən təvəqqə edirik ki, dəxi bundan sonra idarəmizə yalan xəbərlər yazıb göndərməsin.
Rubrika Abbas Atilayındır.