Nüfuzlu ədəbi mükafat keçmiş prezidentə verildi

Bu ilin "Frans Kafka beynəlxalq ədəbi mükafatı" Çexiyanın keçmiş prezidenti, dramaturq Vaslav Havelə verilib.

74 yaşlı yazara diplom, Kafkanın Praqadakı abidəsinin kiçik modeli olan bürünc heykəlcik və 10 min ABŞ dolları veriləcək.

Havel ədəbi yaradıcılığına 1950-ci illərdən başlayıb. İndiyə qədər bir neçə şeir kitabı çap olunub. O 20–dən çox pyes yazıb.

Mükafat 2001–ci ildə Kafka cəmiyyəti və Praqa meriyası tərəfindən təsis edilib.

Axır illərdə Kafka mükafatına layiq görülənlər arasında Harold Pinter, Xaruki Murakami və başqaları var.

Havel Çexoslavakiyanın sonuncu, Çexiyanın birinci prezidenti olub ( 1989 – 1992).

Çexoslovakiyada sovet əsarətinə qarşı çıxması onu bir dissident kimi dünyada məşhurlaşdırıb.

KAFKA MÜKAFATI HAQDA ƏTRAFLI