Birləşmiş Ştatların Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyası - Helsinki Komissiyası araşdırmaçı jurnalistlərin müdafiəsi ilə bağlı qətnamə hazırlayıb və onu iyul ayında ATƏT Parlament Asambleyasında təqdim etmək niyyətindədir.
Kopmissiyanın yaydığı məlumatda deyilir ki, ötən illər ərzində Rusiya, Türkiyə və Bolqarıstanda xeyli jurnalist cəzasız olaraq öldürülüb.
Komissiyanın sədri, senator Benjamin Kardin bildirib ki, araşdırmaçı jurnalistlər peşəkar səylərinin qarşılığında ən son qiymət ödədikləri halda, bir çoxları hökumət təqibinin, hücumların və həbslərin qurbanı olub.
Kardin bildirib ki, biz hamımız bu sahədə işləyib, vəziyyəti dəyişməliyik.
Helsinki Komissiyası ATƏT ölkələrini sərbəst informasiya axınını, (o cümlədən İnternet), böhtana görə cinayət məsuliyyətini ləğv etməyə və jurnalsitlərə qarşı hücum və hədələri hərətəfli araşdırmağa çağırmaq niyyətindədir.
Helsinki Komissiyası ABŞ-ın hökumət qurumudur. Qurum 1975-ci il Helsinki Aktının müddəalarının yerinə yetirilməsinə nəzarət edir. Komissiyaya Senatın, Nümayəndələr Palatasının 9 üzvü, Dövlət Departamenti, Müdafiə Nazirliyi və Ticarət Nazirliyinin hər birindən 1 üzv daxildir.