Daha bir müsabiqənin nəticələri açıqlanıb

İyunun 10-da Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin sosial tərəfdaşlıq proqramı çərçivəsində elan etdiyi birgə maliyyə yardımı müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqənin ümumi maliyyə fondu 80 min manat nəzərdə tutulsa da layihələrin çoxluğuna görə Şura yenidən 80 min manat vəsaitin ayrılması haqqında qərar qəbul edib.

Təqdim olunan 33 layihəyə ümumilikdə 160 min manat vəsait ayrılıb.

Ayrılan vəsaitin ən yuxarı həddi 6 min 950 manat, ən aşağı həddi isə 3 min manatdır.