Avrozona ölkələri iqtisadiyyata yardımın həcmini artıra bilərlər

Avropa Birliyinin prezidenti bildirib ki, əgər bir trilyon dollar bəs etməsə, avrozona ölkələri iqtisadiyyata yardımın həcmini artıra bilərlər.

Bir neçə ay əvvəl avro pul vahidi işlədən ölkələr bu valyutanın tənəzzülünün qarşısının alınması, iqtisadiyyatın böhrandan dirçəldilməsi üçün bir trilyon dollar büdcə təsdiq ediblər. Amma bu plana baxmayaraq, avro ucuzlaşmaqda davam etdi.

Son vaxtlar narahatlıqlar yaranmışdı ki, yardım planı iqtisadiyyatın dirçəldilməsinə kifayət etməyə bilər.