Gürcüstan hakimiyyəti iyunun 10-da jurnalist Malxaz Qulaşvili haqqında qiyabi məhkəmə prosesinə başlayıb. Qulaşvili Xalq Ortodoks Hərəkatının lideri və Georgia Times Media Holding şirkətinin təsisçisi olub.
Bir ay əvvəl onun rəhbərlik etdiyi Hərəkatın bir neçə fəalı jurnalistlərə hücum ittihamı ilə həbs edilmişdi. O zaman Qulaşvili də oğlu ilə birlikdə əvvəlcə separatçı Cənubi Osetiyaya, oradan da Moskvaya qaçıb.
Bu gün onu sərhədi qanunsuz keçməkdə ittiham edərək qiyabi məhkəməsinə başlanıb. Bu məhkəmədə ona beş il azadlıqdan məhrumetmə cəzası gözlənir.