Senator Yaşıl Hərəkata Demokratiya mükafatı verdi

ABŞ-da Respublikaçıların prezidentliyə keçmiş namizədi Con Makkeyn İranın Yaşıl Hərəkatını National Endowment for Democracy təşkilatının 2010-cu il üçün Demokratiya Mükafatı ilə təltif edib.

Mərasimdə senator deyib ki, bir il əvvəl bu hərəkatı meydana gəlməsi İranın da demokratik gələcəyinə ümid yaratdı. Bu gələcək də bir müddət ləngidilə bilər, amma tamamilə inkar edilə bilməz.

Makkeyn həmçinin prezident Barak Obamanı Yaşıl Hərəkata kifayət qədər dəstək verməməkdə ittiham edib.