Rusiya İranı təşkilatdan çıxartdı

İyunun 11-də Rusiya İranın Şanxay Əməkdaşlıq Təşkilatında üzvlüyünün tamamilə dayandırldığını bildirib. Moskva qeyd edib ki, BMT-nin sanksiyaları altında olan ölkə regional təhlükəsizlik blokunda ola bilməz.

Rusiyanın Xarici İşlər naziri bu barədə təşkilatın Daşkənddə keçirilən toplantısında bildirib.

Nüvə proqramına görə iki gün əvvəl BMT-nin yeni sanksiyası ilə üzləşmiş İran Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna malik idi. Tehran Rusiya, Çin, Qazaxısyan, Qırğızıstan, Özbəkistan və Tacikistanın daxil olduğu bu quruma tam hüquqlu üzv olmaq istəyirdi.