Azərbaycan Dəmir Yolları idarəsi gücləndirilmiş iş rejiminə keçib

«Azərbaycan Dəmir Yolları» QSC-i gucləndirilmiş iş rejiminə keçib.

Yay movsümünə görə sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Belə ki, gün ərzində bir neçə dəfə relslər yoxlanılır və istidən alovlanmanın qarşısını almaq üçün yoldakı quru otlar təmizlənir.

Bundan başqa yola çıxmazdan sərnişin vaqonlarında soyuducu sistemlər yoxlanılır, vağzallar və stansiyalarda tempratur nəzarətdə saxlanılır.