İsrail Qəzzaya yardım aparan gəmi karvanına hücumu araşdırmaq üçün komissiya yaradıb. Komissiya sədrinin İsrail Ali Məhkəməsinin keçmiş hakimi Yakov Turkelin olacağı planlaşdırılır.
Araşdırmada iki beynəlxalq müşahidəçi - İrlandiyadan olan Nobel mükafatı laureatı lord Vilyam Devid Timbl və Kanadanın keçmiş hərbi prokuroru Ken Uotkin iştirak edəcək.
Qəzzaya yardım aparan gəmi karvanına hücum mayın 31-də olmuşdu. Hadisə vaxtı yardım aparan 9 fəal öldürülmüşdü.