90-cı illərin əvvəllərində ixtisasından və peşəsindən asılı olmadan hamı işsizlikdən bezib alverlə məşğul olurdu.
Sərhədlərin açılması, iş yerlərinin bağlanması sovet rejimindən qurtarmış camaatımızın hamılıqla alverə qurşanmasına səbəb olmuşdu.
Bu, insanların dolanışıqlarından ötəri həyati əhəmiyyət kəsb edirdi.
Kimi mis, alüminium, dəri, rezin, qara metal və sairə, bir sözlə ələ nə keçirdisə qonşumuz Iran Islam Respublikasına, gömrükdə isləyənlərə azacıq görüm-baxım etməklə aparıb satırdıq və qazanc əldə edirdik.
Sovet tərbiyəsi görmüs bizləri, biznes sahəsində peşəkar olan iranlı tacirlər asanlıqla aldadaraq, əlimizdəki malları olduqca ucuz qiymətə alırdılar.
Amma satdığımız malların dəyərini Amerika dolları ilə ödədiklərindən sevincimizin həddi-hüdudu yox idi.
Adını eşidib üzünü əvvəllər görmədiyimiz dollarlar bizi qürurlandırır və biznesimizi genişləndirdiyimiz üçün gecə-gündüz yollar axtarmağa sövq edirdi.
Kəndimizdə demək olar ki, hamı bizneslə məşğul idi və hər kəsə İrana apardığı malın adını başqalarından gizli saxlayırdı ki, kimsə xəbər tutub onun biznesinə girişməsin.
Qazancı çox olanlar başqalarının biznesinin sirlərini öyrənməkdən ötəri hətta xüsusi “agentlər” saxlayır və onların xidmətindən yararlanırdı.
Xalaoğlum Cəlilin söhbətindən: Alverimiz pis getmirdi, ancaq son vaxtlar dostum Mətin ilə hansi qazanclı alverə əl atırdıq, bir neçə gündən sonra rəqiblərim xəbər tutur və onlar da biznesimizə girişirdilər.
Bunun qarşısını almaq və rəqibimizi axmaq vəziyyətinə salmaq üçün dostumla çox fikirləşdikdən sonra belə qərara gəldik ki, başlayacağımız “yeni biznesin” yalan anonsunu rəqibimizin agentlərinin eşidə biləcəyi yerdə ucadan danışaq və onları bu yeni biznesə cəlb etməklə gülünc vəziyyətə salaq.
Axşamümstü kəndinçayxanasında oturub çay içir və ordan-burdan söhbət edirdik. Gözlədiyimiz kimi bir azdan “agentlər” də gəlib çıxdılar və bizə yaxın masa arxasında əyləşərək çay sifariş etdilər.
Təcrübəsiz olduqlarından, öz aralarında söhbət etmədən, yalnız siqaretlərini tüstülədərək bizim söhbətimizin nədən getdiyini diqqətlə dinləyirdilər.
Biz isə bilərəkdən onlara əhəmiyyət vermədən söhbətimizi edib çayımızı içirdik.
Dostuma mətləbə keçməyi üçün göz vurdum. O, mövzunu dəyişib, qonşuluqda oturanların eşidəcəyi qədər ucadan mənə müraciət etdi:
Cəlil! Sənə bir şad xəbər vermək istəyirəm.
Bu gün iranlı dostum Sədrəddindən (bizneslə məşğul olanlardan bu zirək iranı taciri tanımayan yox idi) yeni sifariş almışam, Ələmdarlını deyirəm e, Fransadan yenicə qayıdıb, indiyədək kimsənin bilmədiyi olduqca sərfəli iş birliyini bizimlə qurmaq
istəyir.
Bilirsən nə qədər qazancımız ola bilər? Satacağımız mala cüzi maya sərf etməklə 20 qat qazanc.
Necədir sənin üçün? Məncə hə desən il boyu bu işlə məşğul ola bilərik.
Mən:
- Mətin , bir az astadan danışsana .. eşidən olar.
O isə guya xəbərdarlığıma əhəmiyyət vermədən yenə sözünə davam etdi:
- Ömrümdə ağlımıza gəlməyən biznesdir.
- Əşi bir açıqla görüm nədən danışırsan, malı haradan tapacağiq, neçəyə alib, neçəyə satacağiq və xeyrimiz nə qədər olacaq? - deyə onu dayandırdım.
Mətin sözünə azacıq ara verib, yenidən davam etdi;
- Heç diqqət etmisənmi Arazın sahilində nə qədər tısbağa özünü günə verir?
- Əşi bir dayan, tısbağanın bizim bizneslə nə əlaqəsi var, zarafatı burax, sözünün canını anlat.
- Sözümün canı elə tısbağadır! Onlarzı tutub Sədrəddinə satacağiq.
- Bəsdir görək! Bəyəm Arazın Iran tərəfində tısbağa qəhətliyidi ?
- Əlbəttə yox, ancaq bilməlisən ki, Iranda tısbağalar strateji məhsul kimi dövlət tərəfindən qorunur, necə ki, Amerika dövləti öz neftini gələcək nəsillərə saxlayıb ayri ölkələrdən neft istehlak edir.
Indi dostum, aydın oldu sənə Iran dövləti tısbağalarından niyə istifadə etmir?
Heyrətimdən gözlərimi bərəldib yenə sual verdim;
- Sədrəddin tısbağalarla nə edəcək axı?
Mətin sualımdan sir-sifətini turşudub özünü əsəbiləşmiş kimi göstərərək;
- Nə edəcək!!!, Sədrəddini tanımırsan, Allahın bəlasıdır! Bizdən tısbağanın hər birini 10 dollara alıb, bildiyimə görə, fransızlara 30 dollara satacaq. Dostum, bizə dəxli olmayan söhbətləri edirsən ha!.
Bilirsənmi ki, Parisin bahalı restoranlarinda tısbağadan hazırlanmış yeməklər 150 dollardan asagı satılmır? Hər oğulun gücü çatmaz belə yeməkləri sifariş etsin. Bu cür xörəkləri yalnız milyonçular yeyir. Mən yenə ona;
- Qardaş, niyə hirslənirsən, doğrusu mən kitablarda fransızların qurbağa çığırtmasını xoşladıqlarını oxumuşdum, amma tısbağa yediklərini bilmirdim. Məni qınasan da yenə sual verəcəyəm, bəyəm Fransada Araza oxşayan çay yoxdur ki, onun sahillərindən tısbağa ovlasınlar?
Dostum bu dəfə başını bulayib az qala özündən çıxmaq istəyirdi ki, birtəhər qəzəbini boğub:
– Mənə verilən sifarişi dedim, özün bil. Biz bu biznesin dərinliklərinə gedənədək kimsə bu biznesdən milyonlar qazana bilər.
Mən ona;
- Haqlısan dostum, bizə nə var e, Sədrəddin bu tısbağaları kimə satacaq, neçəyə satacaq? Onsuz da biz fransızlarla birbaşa əlaqə əlaqə yarada bilmərik.
- Səni anladım: Bizim işimiz ondan ibarət olmalıdır ki, malı tədarük edib Sədrəddinə çatdıraq və pulumuzu alaq.
Azacıq götür-qoy edərək:
- Ancaq işimizin çətinliyi ondadır ki, bizim Irana getməyimizə hələ 12 gündən sonra icazə verəcəklər.(həmin vaxtlar yerli camaata ayda bir dəfə Irana keçməyə icazə verilirdi - müəllif) Düsünürəm, günü sabahdan tısbağaları toplamaq bizə əl verməz. Yalnız Irana getməyimizə bir gün qalmış usaqları sübh tezdən Arazin sahilinə apararıq ki, camaat yuxudan durana qədər kisələri tısbağalarla doldurub evə qayıdaq və ertəsi günü Irana keçək.
Yenə Mətinə sual verdim;
- Görəsən bir dəfəyə 500 ədəd tısbağa apara bilərikmi?
Tezcə də başımda hesablama apardım - biri 10 dollardan beş min dollar, qoy bunun 1000 dollara qədəri xərclərimiz etsin, hərəmizə də birinci dəfəyə 2000 dollar qalsa bəsimizdir. Bax buna deyərəm biznes! Bir neçə aya özümüzə maşın da ala bilərik.
Birdən dostum təlaşla ətrafa boylanıb “sss, mən bayaqdan sevindiyimdən heç nəyə fikir vermirəm, birdən söhbətimizi eşidib bizi qabaqlayarlar ha, bu haqda heç evdə də danışmaq lazım deyil.
Qonşu masanın ətrafında oturanlar bir andaca tələsik çıxıb getdilər. Bizdən eşitdiklərini biznes rəqibimizə çatdirmaga tələsdiklərinə şübhəmiz qalmamışdı.
Xalaoğlum danışır ki, biznesdə bizə rəqib saydığımız Rəhim bu xəbəri alan kimi dərhal fəaliyyətə başlayır:
Sübh tezdən qohum əqrəbasında nə qədər 10-15 yaslı oğlan uşağı var yığıb tökür Araz qərağındakı qamışlığa və qiymət də təyin edir: 10 ədədi 1 dollara kim nə qədər bacarır tısbağalardan yığıb təhvil versin.
Hava qaralana yaxin, sonradan özünün dediyi kimi 500-dən çox tısbağa tutulub kisələrə
yığılmışdı.
Artıq Araz boyu bir tısbağa belə qalmamışdı.
Sevindiyindən səhərin açılmasını gözünü qırpmadan gözləmişdi.
Axşamdan sifariş etdiyi maşının siqnalını eşidcək həyət qapısını açib maşını həyətə saldılar.
Oğlanları ilə köməkləşib dolu kisələri bir nəfəsə maşına yüklədilər. Sürücünün “ay Rəhim qardaş, bunlar nədir belə aparırsan, “sorğusunu eşitməzliyə vurdu, sürücü də daha heç nə soruşmadi. Evdəkilərə bərk-bərk tapşırmışdı ki, qətiyyən malların adını kimsəyə deməsinlər.
Soruşana “atam bilir” cavabını verməli idilər. Oğlanlarının üçü də maşının yük yerinə, Rəhim isə sürücünün yanında oturduqdan sonra yola düzəldilər. Xalaoğluma hadisənin davamını Rəhim özü danişmışdı;
- Gömrük məntəqəsinə qədər yolu bir saata qət etdik və orada kisələri maşından boşaldıb növbə tutduq, daşınmanı asanlaşdırmaqdan ötəri 20 kisə malımızı arabalara yüklədik. Bizdən irəlidə hələ 25-ə qədər yolçu səbirsizliklə Irana keçmələrini gözləyirdi. Bəxtimizdən gömrükdə işləyən müfəttişlərdən biri yaxın tanışım idi.
Onunla dil tapmaq mənə hər halda asan olacaqdı. Yavaş-yavaş növbəmiz yaxınlaşırdı.
Arxamızda dayananlardan bir nəfər mənim qulağıma gülə-gülə: - Qardaş kisələrində canlı nə isə var, olmaya Irana pişik aparırsan? - soruşduqda, ona acıqla - sənə nə dəxli var nə aparıram? Heç mən soruşuram sənin bağlamanda nə var-nə yox? – dedim.
- Qardaşım, niyə hirslənirsən, elə-belə maraq üçün soruşdum.
Sonra burnunun altında mızıldana-mızıldana:”Belə getsə pişiklərin də axırına çıxacağıq” - deyib növbədə yerini tutdu.
Nəhayət ki, növbəmiz çatdi. Müfəttiş Elman kisələrə nəzər salaraq soruşdu;
- Kisələrə nə yığmısan?
- Elə bir şey deyil, cəmisi 20 ədəd kisədir, hər birində də orta hesabla 15-20 ədəd tısbağa var, bu da sənə çatacaq “şirinlik”.
Arasında 300 dollar olan pasportumu müfəttiışə uzatdım.
Müfəttiş təəccüblə;
- Birinci dəfədir belə mal aparanla rastlaşıram, ancaq deməliyəm ki, apardığın mal qadağan olunan mallara aid olduğundan buraxa bilməyəcəyəm. Hətta mən göz yumub icazə versəm belə Iran tərəfi onu saxlayacaq.
Düşündüm ki, müfəttişin qadağa məsələsini ortaya atmaqda məqsədi “şirinliyi” artırmağımdan ötəridir. Pasportun arasına əlavə 200 dollar qoydum:
- Əşi! Iran tərəfindən narahat olma, apardığım malları Sədrəddinə aparıram, qardaşı Sübhan bildiyin kimi onlarda gömrüyün rəisidir.
Dediklərimə gülümsəyərək:
- Elə isə şərtimizi burada kəsək, əgər işdi- qəzadı Iran gömrüyü malları saxlasa, mənlik deyil. Sənin 500-ün batacaq. Razılaşdıq?
“Bəli” - deyib təxminən 50 metrlik məsafədə yerləşən Iran gömrüyünə doğru yüklə dolu əl arabalarımızı itələməyə başladiq.
Ürəyimdə “əsas maneəni adladiq, sonrasında inşallah problem olmaz” - düşünürdüm.
Nəhayət ki, Iranlı müfəttişə yaxınlaşıb salam verdikdən sonra, şəstlə sənədləri ona təqdim etdim və sakitcə:
- Ağa, gətirdiyim mallar rəisinizin qardaşı Sədrəddin ağa üçündür.
Gözlərini üzümə zilləyərək soruşdu:
- Rəhim ağa, nə gətirmisən?
Cavab sadə idi:
- Tısbağa!
- Nəmənə? Babam, mən səndən yükünün adını soruşuram!
Mən yenə sakitcə:
- Ağa, dedim ki, tısbağalardır da!
Müfəttiş bu dəfə əsəbiləşərək:
- Ağa, bura zarafat yeri deyil, dövlət idarəsidir, səndən nə gətirdiyini soruşuram, sən isə mənimlə məzələnirsən. Di zəhmət çək kisələrin ağzını aç, baxım görüm şurəvilərin tısbağa dediyi şey nəmənədi?
- Ağa, vallah tısbağalardı, Sədrəddin ağanın sifarişi ilə gətirmişəm, Fransaya göndərəcək.
Key-key baxmağından başa düsdüm ki, hərif mənə inanmır, məcbur qalıb, kisələrdən birini əlüstü arabadan götürüb onun qarşısına qoyaraq bağını açdım;
- Buyurub baxa bilərsiniz.
Müfəttiş kisənin tutacaq hissəsini aralayıb əlini onun içərisinə soxdu, həmin andaca əlini geri çəkdi və diqqətlə kisənin içərisinə nəzər yetirdi.
Dünəndən bəri ac və susuz qalan tısbağalar kisənin içərisində qaynaşir və azadliğa çixmaqlari üçün yol arayirdilar.
Müfəttiş gözləri bərəlmiş halda dili topuq çala- çala qişqırdı:
- Allah evini yıxsın, bunları niyə Irana gətirmisən, bəyəm məmləkətimizdə tısbağa çatışmır?
Səs-küyə o biri müfəttişlər də toplaşdı. Hamı gülüşürdü. Rəisi çagirdilar, Həmdullah bizə yaxınlaşıb nə baş verdiyi ilə maraqlandı.
Mən hələ ümüdümü itirməmişdim:
- Rəis, tısbağaları qardaşınız Sədrəddin üçün gətirmişəm, mənim sizin ölkənin qanunlarından xəbərim var, Iranda tısbağaların ovlanması qadağan olduğu üçün..Fransaya…
Sözümü bitirməyə qoymadı. Sağ əlini alnıma toxundurub:
- Babam, deyəsən sənin başında naxoşluq var, doxtura getməlisən, nə qadağa, nə tısbağa, nə Fransa, sən dəlisən, nəsən? Bu saat səni Sədrəddinlə calaşdiracağam görüm o nə vaxt sənə belə axmaq sifariş verib?
Telefonla zəng etdi və dəstəyi mənə verdi. Sədrəddinin səsini telefonda eşidən kimi ürəkləndim və birtəhər gətirdiyim tısbağalar haqqında ona məlumat verdim . Telefonun o biri başinda məni dinləyən Sədrəddin qəflətən elə qəhqəhə çəkdi ki, az qala qulağımın pərdəsi deşiləcəkdi, xeyli güldükdən sonra əlavə etdi:
- Rəhim ağa! Rəqiblərin səni ələ salıblar.
Gülməyini saxlaya bilməyərək yenidən şaqqanaq çəkib güldü və nəhayət: - Telefonu Həmdullaha ver - dedi.
Qardaşların danişığı uzun çəkməsə də Həmdullah da gözləri yaşaranadək uğunmaqdan özünü saxlaya bilmədi.
Aldandığımı başa düşdüyümdən xəcalətimdən bədənimi soyuq tər basmışdı. Oğlanlarımın yanında bu cür axmaq vəziyyətə düşməyimdən iki qat pərt olmuşdum. Indi mən nə edim, qazancım cəhənnəm, neçə adamın zəhməti ilə topladiğımız tısbağaları yenidən kəndə, oradan da Araz qırağına aparmaq mənim üçün daha böyük rüsvayçiliq idi. Köməyimə Həmdullah ağa çatdi, lağ ilə:
- Əgər mallarını bu gün-sabah Parisə göndərməkdə çətinlik çəkəcəksənsə, bədbəxt tısbağaları geri qaytar və öz ərazinizdə körpüdən çaya burax, yazıqdılar, kisələri isə zibil qutusuna atmağı unutma, ha, ha, ha.
Heç nə deməyib arabalarımızı öz tərəfimizə doğru istiqamətləndirdik. Arxamca ləzzətlə gülüşən adamların qəhqəhələri indi də qulaqlarımdadı.
Yəqin ki, “Özgəyə quyu qazıyan, özü düşər” atalar məsəli mənim kimi adamlar haqqında deyilmişdir. Utandığımdan bir ay kənd içinə çıxmasam da, hər yerdə söhbətlərin mənim biznesimdən getdiyinə şübhəm yox idi və elə həmin vaxtdan da biznesə birdəfəlik əlvida deyib, hadisənin unudulmasi üçün Ukraynaya köçdüm. .
Xalaoğlunun söhbətini qələmə aldı – Yüsif oglu.