Bişkekdə 100-dən çox şübhəli saxlanıb

Qırğızıstandakı müvəqqəti hökumət ölkənin cənubundakı hərc-mərcliyə görə keçmiş prezident Bakiyevin ətrafını günahlandırır.

Hökumətin mayın 16-da yaydığı bəyanatda deyilir ki, etnik zəmində baş verən bu toqquşmalara səbəb diversiya və təxribatlar olub.

Ölkə paytaxtı Bişkekdə vəziyyəti qızışdırmağa cəhd göstərməkdə şübhəli bilinən 100-dən çox adam saxlanıb.

Rəsmi məlumatlara görə ölkənin cənubunda yerli qırğızlarla özbəklər arasında baş vermiş toqquşmlarda 180-dən çox adam ölüb, 2000-ə yaxın adam isə yaralanıb.

Beynəlxalq təşkilatlar isə yüzlərlə adamın öldüyünü deyirlər.