Memarlıq və İnşaat Universitetinin təmirinə 3 milyon manat ayrılıb

Prezident Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasını möhkəmləndirməyə yönəlmiş sərəncam imzalayıb.

İyunun 16-da imzalanmış sərəncama görə universitetin binasının əsaslı təmiri və yenidən qurulması üçün prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 3 milyon manat məbləğində vəsait ayrılır.