Tibetin ruhani lideri Dalay Lama Yaponiyaya gedib. O şənbə günü mətbuat, bazar günü isə Naqano şəhərindəki idman arenasında əhali qarşısında kütləvi məruzə ilə çıxış edəcək. Yaponiyanın digər şəhərlərində də buddizmlə bağlı məruzələr edəcək.
Dalay Lamanın Yaponiya siyasətçiləri ilə görüşüb-görüşməyəcəyi haqqında məlumat verilmir.