Azərbaycan «Avro-2» standartlarını qəbul etdi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi «Avro-2» standartlarını qəbul edib.

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Komitə sədri Ramiz Həsənovun 22 iyun 2010-cu il tarixli əmri ilə «Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblər» təsdiqlənib.

Nazirlər Kabineti martın 6-da cari ilin iyul ayının 1-dən ölkə ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı Tədbirlər Planı imzalayıb.