Avropalılar xərclərini ödəməkdə çətinlik çəkir

Hər 6 avropalıdan 1-i xərlərini ödəməkdə çətinlik çəkir. Avropa Birliyinin keçirdiyi sorğuya görə avropalıların təxminən 30 faizi səhiyyə də daxil olmaqla, bir çox sahədə xərclərini ödəməkdə çətinliklə üzləşir.

Hər 6 nəfərdən biri gündəlik xərclər üçün, məsələn, ərzaq almaq üçün nağd pulunun olmadığını deyib.

Avropa Birliyinin sosial məsələlər komissarı Laszlo Andor bildirib ki, bu araşdırma, yoxsulluğun Birliyin əsas məsələsi olduğunu təsdiqləyir.