İyunun 22-dən 26-dək İtaliyanın Sardiniya adasında keçiriləcək ənənəvi beynəlxalq film müsabiqəsində Azərbaycan da təmsil olunur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq müsabiqədə Azərbaycanı «Azərbaycan xalçası» sənədli filmi təmsil edir. Rejissor Şamil Əliyevin 2009-cu ildə dövlət sifarişi ilə çəkdiyi film artıq bir çox ölkələrdə, o cümlədən Fransa, Ukrayna, Rusiya, Almaniyada keçirilmiş festivallarda iştirak edib.
İtaliyanın Sardiniya adasında keçirilən ənənəvi beynəlxalq müsabiqədə film festival tamaşaçılarına təqdim olunacaq.
Filmin ssenari müəllifi Aydın Talıbzadə, operatoru Nizami Abbas və səs rejissoru Teymur Abdullayevdir.