ABŞ BP-dən niyə üz çevirə bilmir?

Britaniya şirkətinin məhvi Amerikanın neft sənayesinə dağıdıcı zərbə endirə bilər

Meksika körfəzində ekoloji fəlakətdəki roluna görə BP şirkətinə qarşı ictimai qəzəb olsa da, Britaniya şirkətinin üzləşdiyi maliyyə çətinliklərinə görə təəssüflənənlər xeyli azdır.

«British Petroleum» şirkəti Ağ Evin tələb etdiyi 20 milyardlıq təzminatı ödəmək üçün əmlakını satmağı düşündüyünü açıqlayıb. Şirkətin qurtuluşu da sual altında ola bilər, əgər bəzi mütəxəssislərin düşündüyü kimi, «Deepvoter Horizon» platformasındakı partlayışın vurduğu ziyan 100 milyard dolları keçərsə.

ABŞ-IN ENERJİ SİYASƏTİ KORLANA BİLƏR


«Bloomington Newsweek» icmalı yazır ki, bu cür ssenari ABŞ-ın həm daxildə, həm də xaricdə enerji siyasətini korlaya bilər. Amerika prezidenti bu günlərdə BP-nin güclü və həyat qabiliyyətli şirkət olduğunu deyib və əlavə edib ki, «bu, bütün maraqlarımızda belədir».

Britaniya şirkətinin məhvi Amerikanın neft sənayesinə dağıdıcı zərbə endirə bilər. BP hazırda ABŞ-ın ən böyük qaz və neft istehsalçısıdır,
Meksika körfəzində ekoloji fəlakət
hər gün 2 milyon barrel neft hasil edir.

Deepvoter platformasında baş verən fəlakətə qədər BP-nin körfəzdəki nailiyyəti Vaşinqton tərəfindən müsbət qiymətləndirilirdi. 1990-cı illərin ortalarından Britaniya şirkəti Körfəz tədqiqatlarında liderlik edib.

STRATEJİ REGİONLARDA BP ABŞ MARAQLARINA XİDMƏT EDİB

BP-nin strateji regionlarda yeni enerji ehtiyatlarına yol tapmaq bacarığı da ABŞ maraqlarına xidmət edib. Şirkət Xəzər dənizi regionunda ən böyük neft istehsalçısı Azərbaycanla əlaqə qurub, 2 neft və qaz yatağını, həmçinin Bakı-Tbilisi-Ceyhan kəmərini inkişaf etdirib. 2007-ci ildə BP Liviya hökuməti ilə Belçika böyüklüyündə qaz yataqlarının tədqiqinə dair müqavilə imzalayıb.

«Bloomington Newsweek» icmalına görə, şirkət ən cəsarətli addımını isə ötən il atıb: İraqla 20 milyard dollarlıq müqavilə imzalayarkən. Müqaviləyə əsasən, İraqda gündəlik neft hasilatı 2 milyon barrel artıb. Bu müqavilədən sonra digər şirkətlərin də İraq iqtisadiyyatına marağı artıb.

Şirkət ən cəsarətli addımını isə ötən il atıb
«BP-nin hamıdan öndə getmək cəsarəti olub və digərləri üçün də yol açıb», - Londondakı Beynəlxalq Strateji araşdırmalar institutunun iraqlı alimi Toby Dodge bu fikirdədir.

BP MÜFLİSLƏŞƏCƏK?

İndi isə Britaniya şirkəti Meksika körfəzindəki neft sızmasının vurduğu ziyanı qarşılamaq üçün sata biləcəyi aktivləri müəyyənləşdirir. BP şirkətinin investisiya planları ilə tanış olan bir nəfər fəlakətlə bağlı ödənişlərin 50 milyarda qalxa biləcəyini deyib. Neft analitiki Fadel Gheit hesab edir ki, əgər xərclər 100 milyard dolları keçərsə, BP-nin müflisləşməsi qaçılmaz ola bilər.

Əgər belədirsə, BP bir neçə bahalı aktivlərindən imtina etməli olacaq. Vaşinqtonla daha az çarpazlaşan Çin və Rusiya neft şirkətləri neft sənayesi ilə əlaqədar geosiyasətində dəyişiklik edə, alıcı roluna keçə bilərlər.

Norveçin ən böyük bankının analitiki DnB Nor hesab edir ki, şirkətlər Azərbaycan, Anqola, Braziliya və Norveçdə aktiv əldə etməkdə maraqlı olacaqlar.

«Bloomington Newsweek» icmalı sonda yazır ki, BP strateji aktivlərini satmaqla ABŞ-ın Yaxın Şərq və Asiyadakı marağını təhlükə altında qoya bilər.