Azərbaycan Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin daxili qoşunları və Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələri iyunun 21-24-də birgə hərbi təlimlər keçiriblər.
Təlim məşqlərinə 4000 –dən çox canlı qüvvə, 100 tank, 77 zirehli döyüş maşını, 125 artilleriya sistemi, 17 döyüş təyyarəsi, 12 döyüş vertolyotu və 4 nəqliyyat-döyüş vertolyotu cəlb edilib.
Təlimdə qarşıya aşağıdakı məqsədlər qoyulub:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin birgə döyüş tətbiqinin planlaşdırılması üzrə qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi.
2. Müdafiə əməliyyatı gedişində müxtəlif güc strukturlarının birləşmə və hissələrinin uzlaşmış fəaliyyətinə nail olunması, əməliyyatın müxtəlif mərhələlərində qoşunlar arasında koordinasiyanın və qarşılıqlı əlaqənin təmin edilməsi.
3. Genişmiqyaslı hücum əməliyyatının aparılması, ölkə ərazisinə soxulmuş düşmən qüvvələrinin darmadağın edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası üzrə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birlik, birləşmə və hissələrinin birgə fəaliyyətlərinin uzlaşdırılması.
Müdafiə Nazirliyi qarşıya qoyulmuş bütün məqsədlərə nail olunduğunu deyir.