«Deputat saatı»nın qonağı millət vəkili, «Müsavat» deputat qrupunun üzvü Pənah Hüseyndir.
- Pənah bəy, başlayaq Seçki Məcəlləsindən. Məcəlləyə edilən son dəyişikliklər nə qədər önəmli idi?
- Bu son iki ildə edilən üçüncü dəyişiklik idi. Hər üçü Yeni Azərbaycan Partiyasının deputatları tərəfindən edilən dəyişikliklər idi. Sonuncu dəyişikliklər 2008- ci ildə edilmişdi. Orda namizədlər üçün seçki kampaniyası 120 gündən 75 günə endirilmişdi. Birdən yatıb, nə yuxu gördülərsə, bu 75 gün də onlara çox göründü. Seçkiyə təxminən 2 ay qalmış belə bir dəyişiklik gündəmə gəldi. Bizim qənaətimiz odur ki, ümumiyyətlə imkanları olsa, seçki kampaniyaları olmaz. Deputatlardan biri Elmira Axundova çox səmimi bir ifadə elədi ki, «keçən dəfə 3 ay bu xaosa dözdük, indi heç olmasa bir ay olacaq». Heç bir ay da deyil. 23 günə endirilib. Kampaniya aparmaq üçün deməyə söz lazımdır. Yerli radiolardan mənə deyirlər ki, onlar hakim partiyadan qonaq dəvət edə bilmirlər. Bir-iki nəfərdir. Zahid Orucdur, Aydın Mirzəzadə idi, onun da son vaxtlar səsi gəlmir.
- Səbəb nədir?
- Deməyə söz yoxdur.
- Amma Zahid Oruc danışır. Deməyə sözü var.
- Bütün bu şeylər hamısı təcəlli edib Zahid Orucun səsində. Axırıncı səslərdir yəni. Çox unikal bir məsələdir. Bu kampaniyada onlar maraqlı deyillər. İmkanları olsa, o 22 günü də ləğv edərlər.
- Görünən budur ki, siz də bu dəyişikliklərə etiraz eləmədiniz. «Müsavat deputat qrupu» da bu dəyişikliklərə ciddi şəkildə etiraz etmədi.
- Mən sizinlə razı deyiləm. Mənim çıxışım oldu müzakirələr vaxtı. Biz bunun mürtəce dəyişikliklər olduğunu və buna səs verməyəcəyimizi bəyan etdik. Bunun YAP-ın murtəce dəyişikliklər silsiləsindən növbəti nöqtə olduğunu bildirdik və əleyhinə də səs verdik. Bizim parlamentdə bəzi şeylər bir oyuna çevrilib. Gözbağlıca oyununa. Belə müzakirələri saat 4-dən sonraya salırlar. Orada jurnalistlər artıq olmur. Amma bir şeyi deyim. Demokratik seçkinin keçirilməsi siyasi fəallıqdan asılıdır. Kampaniyanın olub-olmamasından asılı olmayaraq seçicilərin təxminən 50 faizinin müxalifət namizədlərinə səs verəcəyinə əminəm. Amma müzakirələr zamanı hakim və ona yaxım partiyaların nümayəndələri belə fikirlər səsləndirirdilər ki, filan partiya regionlarda işləməyib. Belə çıxır ki, bu dəfəki seçkilərdə də deputatlar elə həmin 125 deputat olacaq. İstər müxalifətdən, istər iqtidardan da yeni adamlar çıxmalıdırlar, özlərini tanıtmalıdırlar. Pənah Hüseynin deyək ki, kampaniyaya ehtiyacı yoxdur. Səmimi olaraq mən deyirəm ki, sanki bu kampaniya 125 deputat üçündür. Bunlar elə göbəkkəsmə kimi parlamentdə qalacaqlar.
- Pənah bəy, növbəti parlamentdə olacaqsınız?
- Mən bir şey deyim. Azərbaycan siyasi səhnəsi «Musavat deputat qrupu» olmasaydı, fərqli olardı. Son 20 ildə bizim 3 qanun layihəmiz müzakirə olunub. Rədd olunub hər dəfə. YAP çoxluğu tərəfindən.
- Belə söhbət gəzir ki, parlamentdə olan müxalifətçilərdən iqtidar yararlanır. Siz bunu necə qəbul edirsiniz?
- Bu məntiq indiki iqtidarın təlqin eləmək istədiyi saxtakarlıqdır. Biri var hakimiyyət, biri də var iqtidar və hökumət. Bunları bir-birindən fərqləndirmək lazımdır. O hakimiyyət orqanında, az da olsa, xalq hakimiyyətinin üzvləri var. O, bizik. Bunu artırmağa çalışmaq lazımdır, yox etməyə yox. Çalışmaq lazımdır ki, bu 15, 55, sonda 125 olsun. Kampaniyasız mən əminəm ki, indiki hakimiyyətdən narazılıq o həddədir ki, bir müstəqil seçki komissiyasının olması kifayətdir ki, bu cür məhdud təbliğat təşviqat şəraitində belə, biz 50 faizdən artıq səs alaq.
- Deyirsiz ki, Azərbaycanda azad seçkilər keçirilmir. O zaman necə oldu ki, Pənah Hüseyn deputat seçildi?
- Bir var ümumi bir mühit, yəni Milli Məclis tam olaraq, sistem olaraq, bir hakimiyyət qolu olaraq azad və ədalətli seçkilər şəklində formalaşmayıb. Biz ona görə onu legitim saymırıq. Mən bu sualı başqa cür də qoya bilərdim. Məsələn, hakimiyyət istəsəydi, ümumiyyətlə Pənah Hüseyni ora buraxmaya bilərdi? Əlbəttə buraxmaya bilərdi. Deməli hakimiyyəti vadar edən, tam şəkildə bu spektrdən silə bilməyən, silməsinə imkan verməyən bir mühit var. Buna dəqiq cavabı bunu müzakirə edənlər, hakimiyyətdən asılı olanlar verə bilərlər. Amma burda Pənah da ola bilərdi, bir başqası da. Hansısa bizə olmayan səbəblərdən, ya təsadüfün üst- üstə düşməsi, ya hansısa şəxslərin iradəsindən asılı olaraq bu belə alınıb. Burda konkret şəxsin olması barədə sualın olması, məncə, doğru deyil.
- Niyə müxalifət birləşə bilmir?
- Azərbaycanda bir çox məsələlər siyasi iradədən asılıdır. Eləcə də müxalifətdə. Mən bu birləşmə məsələlərində daha çox obyektiv amilləri bir kənara qoyub, subyektiv amili - iri siyasi təşkilat və partiyaların liderlərinin siyasi iradəsinin bu məsləyə çatmadığı qənaətindəyəm. Bu, mənim fikrimdir. Niyə onlar bu siyasi iradə nümayiş etdirə bilmirlər. Əlbəttə, bu məsələdə partiya liderlərindən haqq-hesab və məsuliyyət istənilməsi lazımdır.
- 2003- cü ildə müxalifət bir araya gələ bildi.
- İsa Qəmbər bu seçkini faktiki olaraq uddu. Nəticə başqa cür yazıldı. Bu başqa məsələdir.
- 2005- ci ildə də müxalifət bir araya gələ bildi.
- Çox ciddi uğurlar oldu. Məsələn, mən deyim. Bizim aldığımız səs YAP-ın səsindən çox idi. Rəsmi rəqəmlərə görə deyirəm.
- Hanı bəs o rəqəmlər? Niyə ortaya çıxmır?
- Müxalifət 700 min səs alıb. 450-minə yaxın YAP. YAP orada 70 deputatla təmsil olunur, biz 5-6. Bu, seçkilərin ədalətsizliyinin və xarakterini göstərən bir əlamətdir.
- Turan informasiya agentliyinin eksperti Zəfər Quliyev deyib ki, müxalifət əvvəlki seçkilərdə ona görə bir araya gələ bilirdi ki, şansı var idi, inamı var idi ki, qələbə çala biləcək. İndi isə müxalifət bilir ki, bu seçkilərdə heç bir şansı olmayacaq. Ona görə də bir araya gələ bilmir.
- Mən Zəfər Quliyevlə razı deyiləm. Əksinə bir araya gələndə deyirlər ki, müxalifət bir araya ona görə gəlmək istəyir ki, onun şansı yoxdur. Mənim öz cavabım var. Onların bəzilərini isə demərəm. Çünki bu bizə ziyan vura bilər. Bizim taktikamızı poza bilər. Mənim sizinlə söhbətim də bir texnologiyadır. Biz daim siyasətlə məşğuluq. Mən burda politoloqluq etmirəm, proqnoz da vermək istəmirəm. Mən siyasətşünas deyiləm. Son dövrlər dəbə minib. Bəzi bizim veteranlaşmış siyasətçilər siyasətşünaslığa keçiblər.
- Dinləyici soruşur: hərbi yolla hakimiyyətə gələn Əliyevlər sülaləsi əlindən gələni edəcək ki, xalqı susdurmağa çalışsın. Elə bir vaxt gələ bilərmi ki, onlara da hərbi yolla müqavimət göstərilsin?
- Hesab edirəm ki, nə edə bilibsə, Əliyevlər rejimi edib. Bundan artığını edə bilməz. Bundan artıq irəliyə gedə bilməz. Ölkədə müxalifətsiz cəmiyyət, hətta İlham Əliyevin ətrafında klassik avtoritar bir quruluş da yaratmaq mümkün olmadı. Məmur-oliqarx sistemi yaranıb. 5-6 məmur ölkəni idarə edir. Birinci şəxs birinci oliqarxdır. Onların zəif tərəfləri də müxtəlif oliqarxların olmasıdır. Bəzən ölkənin bir yerində rəisi, prokuroru, icra başçısını da yerli oliqarx məmur qoyur. O ki qaldı iqtidara qarşı hərbi yolla mübarizə aparmaq, bu, gücsüzlük əlamətidir. Demokratiya daha güclü, daha səmərəlidir.
- Xətai adlı dinləyici soruşur: Biz nə etməliyik ki, xalqın səsini yuxarıda oturanlara eşitdirə bilək?
- Səsi yuxarıda oturanlara eşitdirmək barədə heç düşünməsinlər. Yuxarıdakılar qulaqlarını tıxayıblar. Onları sadəcə yuxarıdan götürüb aşağılara qoymaq lazımdır, onda eşidəcəklər.
- Deputat Həvva Məmmədova efirdə dedi ki, işğal olunmuş torpaqlar 1993- cü ildə AXCP, Müsavat üçlüyü tərəfindən satılıb. O dedi ki, əlimdə bu barədə dəlillərim var. Bunz mübasibətiniz necədir?
- Hər şey bir tərəfə. Vətən satmaq böyük bir cinayətdir. Bunu kim törədib, konkret faktla danışmaq özü də bir cinayətdir. O ki qaldı mənim bu məsələyə münasibətimə, Həvva Məmmədova qadın olduğu üçün başqa şey demək istəmirəm, sadəcə rəzalətdir. Bu milləti gərək axmaq yerinə qoyasan ki, bu cür danışasan. Bu Həvva xanımın səviyyəsini göstərən bir məsələdir. O səviyyəyə gərək düşməyək.
- Deyəsən, bu dəfə Bakıdan namizədliyiniz vermək istəyirsiniz?
- 22 saylı Nəsimi seçki dairəsindən mənim namizədliyim demokratikləşdirilib. Demokratiya Uğrunda İttifaqın və Xalq partiyasının rəhbərliyi tərəfindən. 63-cü dairədən bu dəfə Xalq partiyasının sədr əvəzi Qiyas Sadıqov gedəcəkdir.
- Dinləyici soruşur: Niyə Pənah Hüseyn populist çıxışlarla yadda qalmağa çalışır?
- Mən sözün bütün müsbət mənasında xalqçıyam. Həmişə də xalqçı olaraq qalacağam.
Mətni sayta hazırladı: Kamran Mahmudov