Suriya lideri Raul Kastro ilə görüşdədir

Suriya lideri Bəşər əl-Əsəd dünən Kubaya rəsmi səfərə gəlib. O, ölkə prezidenti Raul Kastroyla da görüşüb.
İyunun 28-də tərəflər arasında bir neçə əməkdaşlıq sazişi imzalanıb.

Ötən dördüncü gündən Latın Amerikasına səfərə başlayan Bəşər əl-Əsəd Venesuale prezidenti Hugo Çavezlə görüşüb.

Kubadan sonra Suriya lideri Braziliya və Argentinaya gedəcək.