Xəzər regionunda Avropa Birliyi siyasəti müzakirə ediləcək

Belçikada 27-30 iyunda Xəzər-trans siyasi platforma layihəsi çərsivəsində «Avropa İttifaqı, Xəzər Regionu, strategiya seçməsi» mövzusunda görüş keçiriləcək.

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri görüşdə əsas məruzəçidir.

Tədbirin əsas məqsədi Xəzər regionunda daha dinamik Avropa Birliyi siyasətini yaratmaqdır. Görüşdə həmçinin Xəzər-Cənubi Qafqaz regionunun, regional əməkdaşlığın, enerji təhlükəsizliyinin, regional konfliktlərin tənzimləməsi və investisiyaların cazibədarlığının müasir geosiyasi durumu müzakirə olunacaq.

Dəyirmi Masanı Kral Baudouin Fondu və Sao Paolo Şirkəti təşkil edir.