Amerikanın Federal Təhqiqat Bürosu 10 casusu həbs edib

Amerikanın Federal Təhqiqat Bürosu uzun illər Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə işləmiş 10 nəfəri həbs edib.

Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Rusiyanın məxfi agenti kimi çalışan həmin şəxslərin məqsədi ABŞ-da siyasi qərar qəbul edən insanlara çıxış əldə etmək olub.

Şübhəli şəxsləri maliyyə vəsaiti ilə təmin edən 11-ci şəxs isə hələ ki, azadlıqdadır.