ABŞ Meksika körfəzi sularını neftdən təmizləmək üçün 22 ölkənin və 12 beynəlxalq təşkilatın yardım təklifini qəbul etməyə razılaşıb.
İndiyə qədər ABŞ cəmi bir neçə ölkənin, o cümlədən Meksika və Norveçin yardımından faydalanırdı. Latın Amerikası, Avropa, Asiya və Afrikanın 27 ölkəsindən və Avropa Birliyi, Beynəlxalq Dəniz Təşkilatı, BMT kimi beynəlxalq təşkilatlardan daxil olan yardım təklifləri isə bir neçə həftə idi ki, nəzərdən keçirilirdi.