Moldova Azərbaycana yeni səfir təyin edib

Yeni səfir İqor Bodyu Moldovanın Bakıdakı səfirliyinin müşaviri idi.

O bir neçə aydır, Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili qismində çalışır.

Xatırladaq ki, Moldovanın Azərbaycandakı keçmiş səfiri İon Robu bu ilin əvvəlində geri çağırılıb.

O Azərbaycana 2006-cı ildə səfir təyin edilmişdi.