Həmsədrlərin regiona səfəri başlayır

İyulun 2-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayır. Həmsdlər əvvəlcə Xankəndinə, daha sonra Yerevana gedəcəklər.

Onlar Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.

İyulun 4-də isə vasitəçilərin İrəvandan Bakıya gəlməsi nəzərdə tutulur.