Həmsədrlər Yerevana gedir

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Yerevana gedirlər.

Səfərdə məqsəd Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünə hazırlıq görməkdir.

Bu görüş iyulun 16-17-də ATƏT ölkələri xarici işlər nazirlərinin Almaatıda keçiriləcək qeyri-rəsmi toplantısı çərçivəsində keçirilməlidir.

Həmsədrlər Yerevandan Bakıya gəlməlidirlər.

Amerikalı həmsədr Robert Bratke ilə rusiyalı həmsədr İqor Popov dünən Xankəndində qondarma rejimin rəhbərlərilə də görüşüblər.