İsrail Türkiyədən üzr istəməyə hazırlaşmır

İsrail mayın 31-də Qəzzəyə hümanitar yük aparmaq istəyən 9 türkiyə vətəndaşının ölümünə görə üzr istəmək fikrində deyil.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, ölkə rəhbərliyi ölənlərdən təəssüflənsə də həyatlarını qoruyan hərbçilərin hərəkətinə görə üzr istəməyəcək.

Amma Netanyahu İsrail-Türkiyə münasibətlərinin bir daha gərginləşməsindən qaçmaq fikrində olduğunu, qeyd edib.