Partlayışda ölənlərin sayı 220-ə çatıb

Konqo Demokratik Respublikasında yanacaqdaşıyan maşının aşması və partlaması nəticəsində ölənlərin sayı 220-ə çatıb.

Tanzaniyadan gələn maşın Sanqe kəndindən keçərkən aşaraq partlayıb.

Alov onlarla evi bürüyüb.

Qəzaya səbəb sürücünün sürəti artırması olub.

Məlumatlara görə camaat partlayışadək əllərində qab benzin yığmağa tökülüşüb.