General Petraeus Əfqanıstandakı qoşunlara komandanlığı qəbul etdi

ABŞ generalı David Petraeus iyulun 4-də Əfqanıstandakı 130 min nəfərlik beynəlxalq qüvvələrə komandanlığa başlayıb. Kabulda keçirilən mərasimdə general ABŞ-ın və NATO-nun bayrağını qəbul edib. O, çıxışında deyib ki, beynəlxalq qüvvələr yalnız qələbə qazanmaq üçün Əfqanıstandadırlar.

Əfqanıstandakı beynəlxalq qüvvələrin keçmiş komandanı, general Stenli Makkristal Obama hökumətinin rəsmilərinə qarşı təhqiramiz ifadələr işlətdiyi üçün iyunun sonunda istefa verməyə məcbur olub.