Klinton Tbilisiyə gedir

ABŞ dövlət katibi Hillari Klinton Ermənistandan Gürcüstana gedir. O, prezident Mixail Saakaşvili ilə görüşəcək. Bununla da Klintonun Şərqi Avropa və Qafqaza beşgünlük səfəri başa çatır.

Dövlət katibi Qafqaz səfərini Azərbaycandan başlamışdı, iyulun 4-də o Bakıda, iyulun 5-də səhər Ermənistanın paytaxtı Yerevanda olmuşdu.