Gözdən əlillər maşın sürəcəklər?

Gözdən əlillər üçün inanılmaz yenilik

Tədqiqatçılar ağıla sığmayan bu fikri gerçəkləşdirmək istəyirlər.

Gözdən Əlillərin Milli Federasiyası və «Virciniya Texnik» yaxın vaxtda əlillərə sərbəst maşın sürməyə kömək edəcək vasitənin nümayişini planlaşdırırlar.
Texnologiya «gözəgörünməyən interfaces» adlanır. Bu texnologiya vasitəsilə əlil sürücüyə maşının manevrləri, yaxınlığındakı vəziyyət bildiriləcək. Məsələn, yaxında başqa maşın və ya bir obyekt varmı? Yəni bu çihaz əlilin görən gözü alacaq.

YENİLİK AYA ADAM GÖNDƏRMƏKLƏ MÜQAYİSƏ OLUNUR

Gözdən əlillərin müdafiəçiləri bu yeniliyi prezident Con Kennedinin aya adam göndərməsiylə müqayisə edirlər.

Əlillərin çoxu maşın sürmək imkanının ola biləcəyini heç ağıllarına belə gətirməyiblər. Amma tədqiqatçılar ümid edirlər ki, bu layihə uzunömürlü olacaq və əlillər bundan yararlana biləcəklər.

Gözdən Əlillərin Milli Federasiyasının prezidenti Marc Maurer deyir:

- Biz insan bacarığıyla əlilliyi «bitirməklə» ictimaiyyətə töhfə vermək nəzəriyyəsi əsasında fəaliyyətimizi qurmuşuq.

BƏZİLƏRİ ELƏ BİLİRDİ Kİ, MƏN DƏLİ OLMUŞAM

Layihə barədə cümə günü Floridada keçirilən konfransda məlumat verilib. Marc Maurer deyib ki, o, çox-çox illər əvvəl əlillərin avtomobil sürə bilməsi imkanlarını araşdıranda bəzi adamlar onu axmaq sayıb:

- Bəziləri elə bilirdi ki, mən dəli olmuşam. Bəziləri də bunu yaxşı fakir sayırdı. Bunun reallaşmasına inanmayanlar da olub.

Əlillərin maşın sürməsinə yardım edəcək cihaz «Virciniya Texnik»də işlənib. Burdakı komanda avtomobil mexanikası sahəsində bir neçə uğura imaza atıb. Əlillərin Milli Federasiyasının təklifinə də həvəslə qol qoyub.

Əlillərin çoxu maşın sürmək imkanının ola biləcəyini heç ağıllarına belə gətirməyiblər
«Virginia Texnik»in düzəltdiyi cihaz sürücü əlilə istiqamətlər barədə vibrasiya vasitəsilə xəbər verir. Məsələn, dönglərdə sürəti yavaşıtmağı və ya ətrafda maşın, ya da başqa bir obyekt olub-olmadığını gözdən əlil cihaz vasitəsilə hiss edir.
Gözdən əlil cəmiyyətləri nəticədən təsirləniblər.

Bu vasitə gələn ilin yanvarında «Daytona İnternational Speedway»də təqdim
olunacaq.

CİHAZ HƏM DƏ TƏHLÜKƏSİZLİYİ TƏMİN EİDİR

Kor adamlara maşını sürməyə kömək edən cihazın detallarından biri «Sürücü şəbəkəsi» adalnır. Bu detallara gözə görünməyən «interfaces»lər deyirlər.

Digər «interface» «hava şəkli» adlanır. Bu, vərəqin yarısı boyda hava keçirən deşikləri olan bir detaldır. O, kor sürücüyə ətrafındakıların xəritəsini təsvir edir. Yəni sürücüyə yan-yörəsindəki obyektlər barədə məlumat verir.

«Virciniya Texnik»in professoru, tədqiqatın rəhbəri Dennis Honq deyib ki, bu texnologiya təkcə kor adama maşını idarə etməyi öyrətmir, həm də bu
avtomobildə tətbiq edilən cihaz onun təhlükəsizliyini təmin edir.

Gözdən əlillərin müdafiəçiləri deyirlər ki, korların bu texnologiyanı öyrənməsinə vaxt lazımdır, həm də onlar bunun təhlükəsizliyinə əmin
olmalıdırlar.

/Tərcümə etdi: Səadət Akifqızı/