Türkiyə İsraillə münasibətləri kəsməklə hədələyir

İsrail öldürdüyü türk vətəndaşlarına görə üzr istəməsə Türkiyə İsraillə münasibətləri kəsəcək. Türkiyə Xarici İşlər Naziri Ahmet Davutoğlu deyib ki, İsrail Qəzzaya yardım aparan gəmidəki türk vətəndaşlarının ölümünə görə üzr istəyənə, BMT-nin müstəqil istinaq tələbiylə razılaşana və ölənlərin ailələrinə kompensasiya ödəyənə qədər Türkiyə İsraillə münasibətlərini donduracaq.

Mayın 31-də İsrail komandoslarının 9 türkü öldürməsindən sonra Tükiyə dəfələrlə İsraillə münasibətlərə yenidən baxacağını bildirmişdi, amma bu cür şətrli xəbərdarlıq ilk dəfədir ki, sələnir.

İsrail olayları araşdırmaq üçün pözü istintaq qruupu yaradıb, beynəlxalq istintaqa razılaşmaq və üzr istəmək fikrində olmadığını bildirib.