Səfər Əbiyev həmsədrləri qəbul edib

İyulun 5-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.

Görüş zamanı nazir deyib ki, münaqişənin sülh yolu ilə həll edilməsi ücün öncə Ermənistan işğalcı qüvvələrini Azərbaycan torpaqlarından geri cəkməlidir. Bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin də bunu tələb etdiyini xatırladan Əbiyev əks yolun ağır problemlər meydana gətirəcəyini bildirib.

S.Əbiyev Ermənistanın işğalcı siyasətini dayandırması üçün həmsədr ölkələrin daha təsirli tədbirlər görməsini tövsiyə edib.