Kolumbiya prezidenti Ekvadora gəlsə həbs olunacaq

Ekvador prezidenti Rafael Korrea bəyan edib ki, Kolumbiyanın yeni seçilmiş prezidenti Xuan Manuel Santos nə vaxtsa Ekvadora səfər etsə, həbs olunacaq.

Kolumbiya prezidenti 2008-ci ildə Kolumbiya İnqilab Ordusu yaraqlılarının Ekvadordakı düşərgəsini bombalanmasına göstəriş verdiyinə görə Ekvador tərəfi onun barəsində həbs qətimkan tədbiri seçilib. Həmin vaxt Santos Kolumbiyanın müdafiə naziri olub.