Qazaxıstanla Belarus bir sıra gömrük sənədləri imzalayıblar

Qazaxıstan və Belarus prezidentləri gömrük ittifaqının yaradılması çərçivəsində bir sıra sənədlərin ratifikasiya edilməsilə bağlı qanunlar imzalayıblar.

Bu sənədlərdə bir sıra gömrük tariflərinin müəyyənləşdirilməsi, idxal və ixracda qarşılıqlı vergi prinsiplərinin dəyişdirilməsi və digər məsələlər nəzərdə tutulur.

Rusiya, Belarus və Qazaxıstan bu ölkələr arasında yeni vergi kodeksinin qüvvəyə minməsi barədə bəyanat imzalayıblar.