Serbiyada kütləvi məzarla bağlı istintaq başlanıb

Serbiyada bu ilin mayında Kosovo sərhəddi yaxınlığında tapılmış kütləvi məzarla bağlı istintaq başlanıb.

Prokurorluğun nümayəndəsi Bruno Bekariç yaxın vaxtlarda qalıqların araşdırılmasına başlanılacağını deyir.

Onların 1990-cı il münaqişəsində öldürülmüş albanlar olduğu ehtimal edilir.

Ərazidən 250 cəsəd tapılıb.